Another advertisement
Kiyevd Moskvaya PUA-la hücumda iştirakı inkar edir.
QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Administrasiyasının müşaviri Mixail Podolyak açıqlayıb.
“Süni intellekt dövrünə gedirik. Ola bilsin bütün pilotsuz uçuş aparatları (PUA) Ukraynaya hücum etməyə hazır deyil və öz yaradıcılarının yanına qayıdırlar” – Podolyak qeyd edib.
M.Podolyak söyləyib ki, 15 aydan sonra Rusiya 2014-cü ilin təkrar olmayacağını başa düşüb: “İstənilən ayırma xətti üzrə heç bir imzalanma olmayacaq. Hər kəs etdiklərinə görə cavab verəcək”.
Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.