Another advertisement
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə NATO-nun Vilnüs sammiti çərçivəsində görüşə bilər.
QafqazTürk “Report”- a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik xəbər verir ki, liderlərin görüşünün əsas mövzusunun İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsi olacağı gözlənilir.
Qeyd edilib ki, hazırda iki ölkə liderləri arasında danışıqların keçirilməsinin təşkili istiqamətində iş aparılır.