This is a specific ad

KİV: Vladimir Putin və Volodimir Zelenskinin Türkiyəyə səfəri planlaşdırılır – DANIŞIQLAR MÜMKÜNDÜRMÜ?

28

Another advertisement

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcəklər.

QafqazTürk xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya liderləri ilə görüşləri ayrıca keçiriləcək.

Məlumatda qeyd olunur ki, Putin və Zelenskinin səfərləri zamanı müharibə və taxıl dəhlizi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə iyunun 3-4-də yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Mərasimdə müxtəlif ölkə liderləri iştirak edəcəklər.

Sonrakı yazı
Bu gün Gürcüstanda Polis Günü qeyd olunub
Öncəki yazı
Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı və Savalan Mirzoyev tələbələrlə görüş keçirib