Another advertisement
Ukrayna Pravoslav Kilsəsi yeni təqvimə keçir.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı “BBC” yayır.
Mətbuatın yazdığı kimi, bundan sonra ölkədə Milad bayramı yanvarın 7-də deyil, dekabrın 25-də qeyd olunacaq. Digər bayramların tarixləri də dəyişəcək, o cümlədən Epifani 19 yanvar əvəzinə, 6 yanvarda təyin ediləcək və Müqəddəs Nikolay Günü dekabrın 19-da deyil, 6 dekabrda qeyd olunacaq.
Medianın məlumatına əsasən, Pasxa və Üç üqnum bayramı köhnə qaydada təyin olunacaq. Yeni təqvimə keçidlə bağlı rəsmi qərar mayın 27-də kafedralda veriləcək.