Another advertisement
İtaliyalı mafiya başçısı, 67 yaşlı Cüzeppe Skanqanın Gürcüstanda həbs olunduğu barədə məlumatlar yayılır.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Rustavi 2” məlumat yayıb.
Gürcüstanın baş prokuroru İrakli Şotadze də faktı təsdiqləyib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində saxlanılan şəxsin ekstradisiyası ilə əlaqədar prosedurlar davam etdirilir.
Mətbuatdakı məlumatlara görə, o, 2020-ci ildə öz ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan Cüzeppe Sqanqa üçün beynəlxalq axtarış elan edilib.
İstintaqla müəyyən edilib ki, müttəhimlər Turində müxtəlif cinayət əməllərinə görə məsul olan mafioz tipli birlik yaradıblar.