This is a specific ad

KİV: Fransa Ukraynanın imtina etdiyi zirehli maşınları Ermənistana göndərib

16

Another advertisement

Fransanın Ermənistana göndərdiyi “ACMAT Bastion” zirehli maşınlarının Ukraynaya tədarükü nəzərdə tutulubmuş.

Qafqaztürk xəbər verir ki, bu barədə Fransanın “Ouest France” nəşri yazıb.

Kiyev isə həmin hərbi texnikanın zirehinin artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olmasını hesab edib.

Qeyd edək ki, ötən gün Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılmışdı.

Yayılan məlumata görə, noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycan XİN: “Fransanın Ermənistana hərbi texnika göndərməsi regionda vəziyyəti gərginləşdirəcək”
Öncəki yazı
Türkiyədə 255 terror təşkilatı şübhəlisi ələ keçirildi