KİV: “Ərdoğanın may ayında ABŞ-yə səfəri gözlənilir”

33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayda ABŞ-yə səfər edə bilər. O, Vaşinqtonda həmkarı Co Baydenlə danışıqlar aparacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında təmasların nəticələrinə əsasən məlumat yayıb.

Bildirilir ki, görüşdə Türkiyə liderinin ABŞ-yə səfəri məsələsi, o cümlədən belə bir səfərin təxmini tarixi də müzakirə olunub.

Bir problem olmasa, ABŞ-də seçki prosesi ilə bağlı təqvimdə sıxlıq yaranmasa, Ərdoğanın mayın ikinci həftəsində Vaşinqtona gedəcəyi razılaşdırılıb”, – deyə mənbədən qeyd edilib.

Nəşrdə Türkiyə və ABŞ liderlərinin mayın 9-da görüşə biləcəkləri vurğulanıb.

21
7
Kateqoriya: Dünya
Sonrakı yazı
საბერძნეთის პოლიცია ავტობუსის ორ ქართველ მძღოლს ეძებს
Öncəki yazı
Hakan Fidan Stoltenberqlə danışıqlar apardı