Another advertisement
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yaxın iki gün ərzində görüş gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Sabah və ya o biri gün iki ölkənin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının iclası keçən il noyabrın 30-da Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryan rəhbərliyi ilə baş tutub.