This is a specific ad

KİV: “ABŞ-da siyasi zorakılıq 1970-ci illərdən bəri ən yüksək səviyyəyə çatıb”

17

Another advertisement

ABŞ cəmiyyətində siyasi zorakılıq 1970-ci illərdən bəri ən yüksək səviyyəyə çatıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, 1970-ci illərdən fərqli olaraq, hazırda siyasi zorakılığın əksəriyyəti mülklərə deyil, insanlara yönəlib və onlar sözün əsl mənasında fikir ayrılığı zəminində öldürülür.

Qeyd edilib ki, siyasi zorakılıq nəticəsində hər il neçə amerikalının öldüyünə dair rəsmi rəqəmlər yoxdur, çünki belə zorakılıq hallarına federal və ya yerli səviyyədə cinayətlər barədə məlumatlarda belə yer verilmir. “Lakin azı 6 universitet və özəl tədqiqat qrupu xəbərlər, məhkəmə qeydləri, sosial şəbəkələrdəki məlumatlar və polisin bəyanatları əsasında bu problemi öz məlumat bazalarında sənədləşdirir”.

“Reuters”də dərc olunan məqalədə vurğulanıb ki, bunlardan bəzilərinə polis zorakılığı və təsadüfi nifrət cinayətləri daxildir: “Digərləri isə belə halları istisna edir. Zorakılıq barədə məlumatları toplayan azsaylı qurumların əksəriyyəti belə bununla bağlı 2020-ci ildən bəri hərtərəfli məlumat yaymayıb”.

Bildirilib ki, bir çox siyasi hücumlar yerli icma səviyyəsində baş verib və yerli siyasətçilər, fəallar hədəf alınıb: “Amma bu hücumlar ictimaiyyətin diqqətini o qədər də cəlb etməyib”.

Yazıda vurğulanıb ki, ekspertlərin fikrincə, siyasi zorakılıq dedikdə, seçkilərlə bağlı və ya müəyyən ideologiyalara sahib olan partiyaların üzvləri arasında mübahisələr zamanı baş verən insidentlər nəzərdə tutulur. Ümumilikdə, agentlik 140 fiziki hücumu və silahların, bıçağın və s. istifadə olunduğu ciddi toqquşmaları sənədləşdirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
შოვში, სტიქიის ზონაში დაღუპულთა რიცხვი 22-მდე გაიზარდა
Öncəki yazı
Hansı ölkənin səyahətçiləri Gürcüstanda daha çox pul xərcləyir?