This is a specific ad

KİV: Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina edib – ƏTRAFLI

28

Another advertisement

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin bu gün Moldovanın paytaxtında keçirilməsi planlaşdırılan sammitində iştirak etməyəcək”.

QafqazTürk xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayır.

Nəşrin məlumatına görə, Ərdoğan son anda sammitə getməkdən imtina edib.

Qeyd edək ki, Kişinyovda planlaşdırılan yüksək səviyyəli görüş Avropa Siyasi Birliyinin ikinci sammitidir. Emmanuel Makronun təşəbbüsü ilə yaradılan Avropa Siyasi Birliyi Aİ-yə üzv və qeyri-üzv ölkələrdən ibarət olan 40-dan çox Avropa liderini birləşdirir.

Qeyd edək ki, Ərdoğan Çexiyanın paytaxtında keçirilən ilk sammitə qatılmışdı.

Sonrakı yazı
Volodimir Zelenski: “Avropa Ukraynaya köməkdə tərəddüd edir, Rusiya isə səngər qazır”
Öncəki yazı
Milli Statistika Xidməti: Apreldə Gürcüstan iqtisadiyyatı 7.5 faiz artıb – ARTIMA SƏBƏB NƏ OLUB?