Qurcaani bələdiyyəsinin Axaşen kəndində qətl hadisəsi baş verib.
QafqazTürk Media xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, kişi həyat yoldaşını və iki dostunu qətlə yetirib.
“Səhər hamını bir yerdə gördük. Evi təmir edirdilər. Evi təmir edən usta bu adamın dostu olub. Kişinin həyat yoldaşı başqa yerdə idi, səhər evinə gəlmişdi. Günortadan sonra həyat yoldaşım onların evində usta işləyən dostunu hamamda ölü tapdı. Evin xanımını axtarmağa başladıq, onu da mətbəxdə ölü tapdıq. Sonra eşitdik ki, digər dostunu da öldürüb. Arvadını tez-tez qısqanırdı, amma o çox yaxşı qız idi… Özünü öldürüb deyirlər, amma dəqiq heç nə bilmirik. Hamımız şokdayıq. İki uşağı qalıb”, – yerli sakinlər deyir.
Polis qətlin baş verdiyi evdə işləyir. Faktla bağlı araşdırma aparılır.