Another advertisement
Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndinin ictimai məktəbinə hücum olub.
Kənd sakinlərinin məlumatına görə, təxminən 10-a yaxın ayna və qapı sındırılıb. Hadisənin gecə saatlarında baş verdiyi ehtimal edilir. Hadisə ilə bağlı polisə məlumat verilsə də, vətəndaşların sözlərinə görə, hələ ki heç bir tədbir görülməyib.
Kənd sakinləri və valideyinlər baş vermiş hadisə ilə bağlı ciddi narahatlıqlarını bildirərək, günahkarların tapılaraq cəzalandırılmasını tələb edirlər.