This is a specific ad

Kılıçdaroğlu: “Son illərin ən ədalətsiz seçki prosesini yaşadıq, dövlətin bütün imkanları bir siyasi partiya üçün səfərbər olunmuşdu”

15

Another advertisement

Türkiyə prezidentliyinə namizəd, Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlu seçkiləri son illərin ən ədalətsiz prosesi kimi qiymətləndirib. O, seçkilərdə xalqın avtoritar hakimiyyətin dəyişməsi iradəsinin açıq şəkildə özünü biruzə verdiyini bildirib.

“Son illərin ən ədalətsiz seçki prosesini yaşadıq. Dövlətin bütün imkanları bir siyasi partiya üçün səfərbər edilmişdi. Bütün resurslar bir nəfərin ayaqları altına sərildi. Mən sizin firavanlıq və əmin-amanlıq içində yaşamağınız üçün mübarizə aparırdım. Bunu etməyə də davam edəcəyəm”- deyə Kamal Kılıçdaroğlu seçicilərə müraciət edib.

Xatırladaq ki, Türkiyənin Ali Seçki Şurası Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin qalibi elan edib. Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səslərin 52,14 faizini toplayıb.

Sonrakı yazı
Dəniz quldurlarının əsirliyindən azad edilən gürcü dənizçilər vətənə qayıdıblar
Öncəki yazı
Marneuli rayonun bəzi küçələrində içməli su problemi var