This is a specific ad

Kifayət qədər su içməmək nələrə səbəb olur?

83

Another advertisement

Mütəxəssislər orqanizmdə su balansını normada saxlamaq üçün gündə ən azı 7-8 stəkan su içməyin vacib olduğunu açıqlayıblar.
QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, susuzluq hissini gözləmədən gün ərzində müntəzəm olaraq istehlak edilməlidir.
Çünki su olmadan yorğunluq hissi sürətlə artır. Əgər özünüzü daim yorğun hiss edirsinizsə gün ərzində təmiz su içməyə çalışın. Yetəri qədər su içməmək baş ağrısına və çəki artımına səbəb olur.
Gələcəkdə bu cür problemlərlə qarşılaşmamaq üçün gün ərzində davamlı olaraq su içmək lazımdır. Kifayət qədər maye içmədiyiniz zaman ürəyiniz daha çox işləməli olur. Bu da daha sürətli ürək döyüntüsü ilə nəticələnir. Ürək-damar sisteminizin daha səmərəli işləməsini təmin etmək üçün günə bol maye ilə başlayın və gün ərzində mütəmadi olaraq su için.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Katalizatorların ixracına qadağa qoyulacaq
Öncəki yazı
Tbilisi daşqınından səkkiz il ötür