This is a specific ad

Ketevan Çixelaşvili Avstriyadakı səfir vəzifəsindən azad edilib

119

Another advertisement

Ketevan Çixelaşvili artıq Gürcüstanın Avstriyadakı səlahiyyətli səfiri vəzifəsini tutmur.

QafqazTürk Media xəbər verir ki, bu barədə sərəncam hökumətin saytında dərc olunub.

Sənədə əsasən, Çixelaşvilini prezident Salome Zurabişvili azad edib və bunu baş nazir İrakli Kobaxidze imzalayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirin rotasiya müddəti başa çatıb.

Agentlik Çixelaşvilinin başqa ölkədə səfir vəzifəsinə təyin olunub-olunmayacağı ilə bağlı məsələnin araşdırıldığını və yaxın vaxtlarda açıqlanacağını qeyd edir.

Ketevan Çixelaşvili 2020-ci ilin iyununda Avstriyaya səfir təyin edilib. Bundan əvvəl o, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri vəzifəsini tutub.

Məlumat üçün bildirək ki, konsulluqdakı diplomatik nümayəndəliyin rotasiya müddəti dörd il müəyyən edilib.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
Vahid Milli imtahanların nəticələri bu tarixdə açıqlanacaq
Öncəki yazı
Tbilisidə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Arif Əliyevin anım tədbiri keçirilib