This is a specific ad

Keşəli kəndində baş verən qətl hadisəsində şübhəli bilinən şəxsi…

177

Another advertisement

Qaraçöp mahalının Keşəli kəndində qisas məqsədi ilə baş verən qətllə bağlı Telavi rayon məhkəməsi baş tutub.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişin uşaqlıqdan tanış olduqları müəyyən edilib. Qarşıdurma zamanı 33 yaşlı şəxs soyuq silahla 29 yaşlı həmkəndlisini qətlə yetirib.

“2023-cü il noyabrın 11-də Keşəli kəndində təqsirləndirilən şəxs qisas məqsədi ilə fikir ayrılığı zəminində zərərçəkmişi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Prosesdə Prokurorluq tərəfindən sübutlar təqdim edilib və cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiqlənib. Məhkəmə qətldə şübhəli bilinən şəxsi qəsdən adam öldürmədə təqsirli bilib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, məhkəmə qətli törətməkdə təqsirli bilinən şəxsi 10 il müddətinə azadlıqdan məhrum edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
Öncəki yazı
Dünya bazarlarında neft yenidən bahalaşır