Another advertisement
Keşəlidə 29 yaşlı gənci qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Hakim Mamuka Tsiklauri prokurorluğun vəsatətini tam nəzərə alaraq təqsirləndirilən Basilar Mahmudova həbs cəzası verib.
Təqsirləndirilən şəxs məhkəmədə qeyd edib o, sözügedən şəxsi öldürmək niyyətində olmayıb, öldürülən şəxs ona bir neçə dəfə atəş açıb, o, buna görə bıçaqdan istifadə etməyə məcbur olub.
Xatırladırıq ki, qətl noyabrın 11-də Kaxetinin Saqareco bələdiyyəsinin Keşəli kəndində baş verib. 33 yaşlı Bəsilər Mahmudov borc üstündə mübahisə zəminində 29 yaşlı Cavid Məmmədovu soyuq silahla qətlə yetirib.