This is a specific ad

Keratin baş dərisinə necə təsir edir?

38

Another advertisement

Baş dərisinin sağlamlığı çox önəmlidir. Saç tökülmələrinin əsas səbəblərindən biri də baş dərisində olan problemlərdir.

QafqazTürk.com xarici mediaya istinadən baş dərisinə təsir edən bəzi amilləri təqdim edir:

Saçların sağlamlığı üçün ən azı həftədə 3 dəfə saçı şampunla yumaq lazımdır.

Hətta saçları yağlı olan şəxslərin hər gün saçlarını yuduqda, baş dərisindəki problemlərin həll olunduğu görülüb.

Saçdakı kosmetik qalıqları təmizləmək də vacibdir. Hər hansı sprey və ya yağlar, saç dərsində açıq yerləri örtmək üçün istifadə edilən pudra örtücülər də yatmazdan əvvəl yuyulmalı və təmizlənməlidir.

Lakin ev şəraitində həll edilə bilməyən baş dərisi problemləri də var. Seboreik dermatit (ekzema) və s. kimi hallarda mütləq mütəxəssis, və ya həkimdən dəstək alınmalıdır.

Son vaxtlar keratin əlavələri də gündəmdədir. Keratin saçları düzləşdirərək işləri asanlaşdırsa da, bəzi mənfi cəhətləri də var.

Keratinin tərkibində formaldehid var və bəzi ölkələrdə formaldehidlər kanserogen olduğu üçün qadağan edilib.

Həmçinin keratin tətbiqi kimyəvi bir prosesdir. Belə proseslər baş dərisinə zərər verə, saç qırılmasına səbəb ola bilər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Mikiyevlər ailəsinin evi təmir olunacaq
Öncəki yazı
İlham Əliyev xanımı ilə Türkiyəyə getdi – FOTO