Hakim prokurorun vəsatətini təmin edərək, İrakli Okruaşvilinin həbs qətimkan tədbirini həbslə əvəz edib.
İrakli Okruaşviliyə Çulukianin komissiyasına gəlmədiyi üçün aprelin 8-də həbs qətimkan tədbiri olaraq 20000 lari girov qoyulub və onun sərhədi keçməsi qadağan edilib. Ona girovun ödənilməsi üçün 30 gün vaxt verilib və bu müddət mayın 8-də başa çatıb.
İrakli Okruaşvili Cinayət Məcəlləsinin “Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbini yerinə yetirməmək” maddəsi ilə ittiham edilib.
Bu əməl cərimə, bir ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırılır.