This is a specific ad

Keçmiş dövlət nazirinin oğlu faciəli şəkildə dünyasını dəyişib

288

Another advertisement

Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvilinin ailəsində faciə baş verib.
Belə ki keçmiş nazirin oğlu ötən gecə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

QafqazTürk Media xəbər verir ki,bu barədə sabiq nazir sosial şəbəkədə yazıb.

Məlumata görə, Şotiko Petriaşvili eyvandan yıxılıb. Onu xilas etmək mümkün olmayıb. Gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata əsasən, Qafqaz Universitetinin tələbəsi olan Şotiko Petriaşvili gecə saatlarında Sololakdakı evinin eyvanına siqaret çəkmək üçün çıxıb və 3-cü mərtəbədən (eyvanda alçaq məhəccər var) yıxılıb.

Sonrakı yazı
T kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün nələr tələb olunur?
Öncəki yazı
Lari dollar və avro qarşısında möhkəmlənib – Cari həftənin dinamikası belədir