This is a specific ad

Keçmiş baş nazirin tərəfdarları ilə polis arasında baş verən qarşıdurma ölümlə nəticələnib

25

Another advertisement

Pakistanda keçmiş baş nazirin tərəfdarları ilə polis arasında baş verən qarşıdurma nəticəsində 119 nəfər yaralanıb, bir polis isə həlak olub.

QafqazTürk Media xəbər verir ki, həbsdə olan keçmiş baş nazir İmran Xanın tərəfdarları onun azad edilməsini tələb etmək üçün İslamabada daxil olmağa çalışarkən təhlükəsizlik qüvvələri və polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Pakistan polisi İmran Xanın 80-dən çox tərəfdarını həbs edib.

Keçmiş baş nazir tərəfdarlarını özünün azad edilməsi üçün nümayiş keçirməyə çağırdıqdan sonra İslamabad ötən şənbə günündən müvəqqəti komendant saatı altındadır.

Xatırladaq ki, 72 yaşlı İmran Xan 2023-cü ilin avqustundan həbsdədir və terrorizm və korrupsiya da daxil olmaqla 150-dən çox cinayət ittihamı ilə üzləşir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ağ Ev Ukraynanın Rusiyaya ATACMS raketləri ilə zərbə endirməsinə icazə verdiyini təsdiqləyib
Öncəki yazı
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb