This is a specific ad

Keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq işğal olunmuş Çxinvalidə de-fakto sərhədin bağlanması barədə qərar qəbul edilib

227

Another advertisement

Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq “Mosabruni” kimi tanınan “Razdaxan” və “Perevi” keçid məntəqələri bağlanacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə qərar Çxinvalində Prezident Alan Qaqloyev sədrlik etdiyi “Təhlükəsizlik Şurası”nın çağırılan operativ iclasında qəbul edilib.

Qaqloyevin mətbuat xidmətinin məlumatına görə, qondarma sərhəd “Cənubi Osetiya əhalisinin təhlükəsizliyini təmin etmək və Gürcüstanın qərbyönlü və millətçi radikal qüvvələrinin mümkün təxribatlarını istisna etmək üçün” bağlanacaq.

“Qərb ölkələrinin kəşfiyyat xidmətləri və səfirlikləri artıq açıq şəkildə işləyirlər və parlament seçkiləri zamanı Gürcüstanda vəziyyətin nəzarətdən çıxması üçün hər şeyi edəcəklər”, – Qaqloyev görüşdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda parlament seçkiləri ilə bağlı vəziyyət çətinləşir.

“Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək və daxil olan məlumatları, o cümlədən açıq mənbələrin də məlumatlarını nəzərə alsaq, vəziyyətin mürəkkəbləşdiyini görürük”, – Qaqloyev qeyd edib.

Kateqoriya: Gündəm, Region, Siyasət
Sonrakı yazı
Rustavi2 telekanalı Gürcüstan azərbaycanlılarını “Diaspora” adlandırıb
Öncəki yazı
12 ოქტომბერს, 16:00 საათზე, ქალაქ მარნეულის ცენტრალურ სტადიონზე გაიმართება სამოყვარულო ფეხბურთის რეგიონული ეტაპის ფინალური მატჩი