20-ci əsrin sonunda Gürcüstanda totalizatorlar pul qazandılar. Təhlükəsizlik texnologiyaları hələ yüksək səviyyədə olmasa da, heç kim bu qurumlara hücum etməyib.
İş orasındadır ki, totalizatorları qanuni oğrular idarə edirdi. 2001-ci ildə Tbilisinin ən yüksək bukmeker kontorlarından birində silahlı quldurluq baş verib. Avtomatlarla silahlanmış iki maskalı şəxs qəfildən totalizator zalına hücum edib. Onlar dərhal dörd mühafizəçini zərərsizləşdirərək kassadan 200 min dollar oğurlayıblar. İnsidentdə totalizatorun direktoru 28 yaşlı Levan Abalaka 6 güllə dəyib və ağır yaralanıb. Həkimlər onu möcüzəvi şəkildə xilas ediblər. Bütün polis qüvvələri və o dövrün qara dünyası ayağa qalxdı. Hücum edən maskalı şəxsləri isə həbs etmək mümkün olmadı.
Quldurları yaxalamaq üçün onların kimliklərini deşifrə edənə 100 min ABŞ dolları ödəniləcəyi faktı da işə yaramayıb.
200.000 dollar itirmək böyük itki idi. Lakin kazinonun əsl sahibləri mükafatı ikiqat artıraraq hücum edənlərin kimliklərini müəyyən etmək üçün məbləği 20 min ABŞ dollarına qaldırsalar da bu dəfə də quldurların izinə düşmək mümkün olmayıb. Üç aylıq komadan sonra Abalak özünə gəlib və onu dindirmək mümkün olub. Abalakın dindirilməsi formal və prosedur cəhətdən zəruri olsa da, gözlənilməz nəticə verib. 28 yaşlı direktor müstəntiq Kote Dzneladzeyə heç bir məcburiyyət olmadan bildirib ki, totalizatorun soyulması işinin başında özü olduğunu, tapşırığı yerinə yetirənin isə Omar Nikolaişvili olduğunu qeyd edib. Abalak və Nikolaişvili keçmiş basketbol olublar və eyni komandada oynayıblar. Abalakın bildirdiyinə görə, o, Nikolaişvilini oğurluq üçün daha münasib günü (kassada külli miqdarda pul olacaq) gözləməyini deyib və binaya daxil olmağın dəqiq sxemini təqdim edib. Plana əsasən, soyğunçuluq qan tökülmədən həyata keçirilməli daha sonra isə oğurlanan pulu ikisi arasında bölünməli idi. Ancaq aydın olub ki, Nikolaişvili hissədarı ortadan götürmək üçün onu yaralayıb ancaq öldürə bilməyib. O da məlum olub ki, Nikolaişvilinin Otar Caşi olduğu deyilən tərəfdarı Kür çayından cansız bədəni tapılıb. Bu halda Nikolaişvilinin ondan da qurtulduğu güman edilib. Polis itkin düşən Nikolaişvilini axtarmağa başlayıb və onun tapılması üçün avtoritetlər mükafatı 30 min dollara çatdırıb.
İki mesaj
Heç kim Omar Nikolaişvilinin izinə rast gəlməyib və onun saxta sənədlərlə xaricə qaçdığı ehtimal edilirdi. Qəzəblənən avtoritetlər Abalakdan qisas almağa qərar veriblər. Əvvəlcə onu öldürmək niyyətində olublar, lakin sonra onlar fikirlərindən dönərək Abalakı “Toyuq hini”ndə homoseksuallar kamerasına salıblar. Bundan cəmi üç ay sonra səkkiz il cəza çəkən və “Resbalnitsa”ya (xəstəxanaya) köçürülən Levan Abalak oradan qaçmağı bacarıb.
Sonradan məlum olub ki, nəzarətçilərdən biri 5 min dollar qarşılığında məhbusu xəstəxanadan çıxarıb. Abalakın axtarışına başlansa da, o, tapılmayıb. Bu qaçışdan üç ay sonra bukmeker kontorunda payı olan səlahiyyətlilərdən biri xəbər alıb.
Poçt işçisi forması geyinmiş şəxs ona şəxsi evinə qutu gətirib və geri dönüb.
Beş saniyə sonra qutu partlayıb və onu alan şəxs yerindəcə dünyasını dəyişib. Bu hadisənin ertəsi günü Daxili İşlər Nazirliyinə sığorta məktubu gəlib. Məktubda avtoritetin partladılmasının və Abalakın xəstəxanadan qaçmasının arxasında Omar Nikolaişvilinin olduğu yazılıb.
Onun sözlərinə görə, Abalak totalizator zalında Otar Caşi tərəfindən döyülüb və buna görə Nikolaişvili onu öldürüb. Orada Abalak Qara Dünyaya nifrətini ifadə edib və yeni qisas almaqla hədələyib.
Maraqlıdır ki, illər sonra həmin kazino və bukmeker kontorunun bütün səhmdarları öldürüldü, nə qatillər, nə Abalak və nə də Nikolaişvili tapıldı.