This is a specific ad

Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb

71

Another advertisement

Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb.

Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıbKaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.

Qafqaztürk xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukraynanın daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

DİN-in məlumatına görə, Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir. 2 620 nəfər təxliyə edilib, onlardan 160-sı uşaqdır.

Rusiya tərəfinin açdığı atəşlər nəticəsində 11 ukraynalı yaralanıb, 4 nəfər ölüb.Nikolayev vilayətində 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. 1 nəfər ölüb.

Dnepropetrovsk vilayətində 26 yaşayış məntəqəsində 89 mindən çox abunəçi susuz qalıb. İçməli və texniki su təchizatı təmin edilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Qardabaninin Candar və Norio ictimai məktəblərində təmir işləri başa çatıb
Öncəki yazı
Əslən Dmanisidən olan tarixçi alim Kərəm Məmmədov vəfat etdi