Kaxetidə 70 yaşlarında kişi üzüm bağında yanaraq ölüb.
Hadisə bir neçə saat əvvəl Telavi bələdiyyəsinin Kondoli kəndində baş verib.
Yerli sakinlərin sözlərinə görə, kişi üzüm tullantılarını yandırarkən tüstüdən huşunu itirib, yanan ərazidən qaça bilməyib və özü də alovda qalıb.
Hadisə yerinə yanğınsöndürmə, xilasetmə və fövqəladə hallar xidmətləri səfərbər edilib, lakin kişi artıq dünyasını dəyişib.