This is a specific ad

Kaxetidə təbii fəlakət-Evlərin dam örtüklərinə ziyan dəyib

239

Another advertisement

Kaxetidə təbii fəlakət  baş verib.

Güclü külək Qurcaani bələdiyyəsində evlərin dam örtüklərini uçurub. Təbii fəlakət nəticəsində bir neçə kənddə 50 yaşayış evinin dam örtüyünə ziyan dəyib.

QafqazTürk Media xəbər verir ki, təbii fəlakət yüz illik ağacları kökündən çıxarıb, elektrik xətlərini zədələyib, nəticədə minlərlə abonent işıqsız qalıb.

Yerli hökumət nümayəndələri səhər saatlarından zərərçəkmiş kəndlərdə olublar.

Qurcaani bələdiyyəsinin meri Qiorqi Maçavarianinin verdiyi məlumata görə, səhər saatlarından xüsusi komissiya dəyən ziyanın hesablanması ilə məşğuldur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Apellyasiya Məhkəməsində qeyri-hökumət təşkilatlarının seçki ilə bağlı müraciətlərinə baxılır
Öncəki yazı
Qocalar evində baş verən yanğın ölümlə nəticələnib