Kaxetidə qətl və adam öldürməyə cəhd: əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

67

Kaxetidə baş vermiş qətl və qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs tutulub.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qisas məqsədi ilə Sığnagi bələdiyyəsində ov tüfəngi ilə 1975-ci il təvəllüdlü T.Q.-ya və 1984-cü il təvəllüdlü N.K.-ya atəş açıb və hadisə yerindən qaçıb. Nəticədə T.Q. hadisə yerində ölüb, N.K.-nın vəziyyəti isə ağırdır.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxsi – Z.Z.-ni saxlanılıb. Hüquq-mühafizə orqanları hadisə zamanı istifadə olunan ov tüfəngini maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsinin 19-109-cu hissəsinin “k” və “l” bəndləri ilə istintaq aparılır. Bu maddələr 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Latviyada ölkənin Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Konvensiyadan çıxmasına etirazlar keçirilir – ƏTRAFLI
Öncəki yazı
Tramp Xi Jinping ilə görüşdən sonra Ukrayna məsələsində “birgə işləyəcəklərini” deyib – ƏTRAFLI