Another advertisement
Kaxetidə təbii fəlakət baş verib.
Güclü külək Qurcaani bələdiyyəsində evlərin dam örtüklərini uçurub. Təbii fəlakət nəticəsində bir neçə kənddə 50 yaşayış evinin dam örtüyünə ziyan dəyib.
QafqazTürk Media xəbər verir ki, təbii fəlakət yüz illik ağacları kökündən çıxarıb, elektrik xətlərini zədələyib, nəticədə minlərlə abonent işıqsız qalıb.
Yerli hökumət nümayəndələri səhər saatlarından zərərçəkmiş kəndlərdə olublar.
Qurcaani bələdiyyəsinin meri Qiorqi Maçavarianinin verdiyi məlumata görə, səhər saatlarından xüsusi komissiya dəyən ziyanın hesablanması ilə məşğuldur.