Kaxetidə təbii fəlakət bir sıra fəsadlar törədib

63

Kaxetidə təbii fəlakət ən çox Axmeta bələdiyyəsinə ziyan vurub. Gecə saatlarında yağan güclü yağış və külək nəticəsində infrastruktur zədələnib.

60-dan çox binanın dam örtüyü qopub, ağaclar aşıb, yollar bağlanıb, elektrik xətləri sıradan çıxıb. Bir neçə kənd hələ də işıqsızdır. Üzümlüklər və əkin sahələri də zərər görüb.

Fəlakətin aradan qaldırılması işləri dərhal başlayıb. Əraziyə fövqəladə hallar xidməti və yerli hakimiyyət orqanları cəlb olunub. Zərərin hesablanması davam edir. Yardım zərərçəkənlərə qeydiyyatdan sonra göstəriləcək.

Kateqoriya: Cəmiyyət, Region
Öncəki yazı
Kənd İnkişaf Agentliyinin Layihə İdarəetmə və Texniki Yardım Departamentinin rəhbəri həbs edilib