Kaxetidə anasını öldürməkdə ittiham olunan oğul həbs edilib

2

Kaxetidə, Saqareco bələdiyyəsində bir oğul anasını öldürməkdə ittiham edilərək həbs edilib.
QafqazTürk.com xəbər verir ki,hadisə Giorgitsminda kəndində baş verib.

Mövcud məlumata görə, qətldən əvvəl mübahisə yaranıb və bu zaman oğul soyuq silahla ananın qarnına ölümcül yaralar vurub.
Qonşuların sözlərinə görə, cinayət törətməkdə konkret motivin nədən ibarət olduğunu bilməsələr də, cinayət törətdiyi iddia edilən şəxsin psixoloji problemləri olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin ailə üzvünü qəsdən öldürmə (11-ci Prima 109) maddəsi ilə istintaq aparılır.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
მარნეულში ბაგა- ბაღების თანამშრომლები სამედიცინო გამოკვლევებსა და კონსულტაციებს უფასოდ მიიღებს
Öncəki yazı
Rusiyanın Kramatorskda raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həlak olub