This is a specific ad

Kaxeti və Kvemo Kartlidə terror cinayəti ittihamı ilə 2 nəfər saxlanılıb

10

Another advertisement

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi terror cinayəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kaxeti və Kvemo Kartlidə iki vətəndaşı həbs edib. DTX-nın məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılanların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular, partlayıcı maddələr və “İslam Dövləti” terror təşkilatının simvolik bayraqları götürülüb.

Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Baça Mqeladzenin sözlərinə görə, cinayət məcəlləsinin 327 və 236-cı maddələri ilə istintaq aparılır və həbs edilmiş şəxslərin cinayətdə iştirakının xarakterini aşkar etmək üçün əməliyyat-istintaq tədbirləri “İslam Dövləti”nin fəaliyyəti və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi davam etdirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ტერორისტული დანაშაულის ბრალდებით კახეთსა და ქვემო ქართლში 2 პირი დააკავეს
Öncəki yazı
Rusiya Dövlət Dumasının sədr müavini: Rəcəb Tayyib Ərdoğan Rusiya qarşısında götürdüyü öhdəlikləri pozdu