Another advertisement
Kaxa Okrocanaşvili parlament aparatının rəhbəri təyin edilib.
Məlumat üçün bildirək ki, Okrocanaşvili əvvəlki illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb, həmçinin baş nazirin dövlət təhlükəsizliyi üzrə köməkçisi, Dövlət Təhlükəsizlik və Böhranların İdarə Edilməsi Şurası katibinin müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, Parlament aparatının rəhbəri Ketevan Kvinikadze idi. Seçkilər kollegiyası Mixail Kavelaşvilini prezident seçdikdən sonra Kvinikadze prezident administrasiyasının rəhbəri oldu.