Tbilisi meri Kaxa Kaladze təhsil sistemində elan edilmiş islahatları dəyərləndirərək bildirib ki, bu dəyişikliklər ölkə üçün ciddi çağırışdır.
“İslahat çox vacibdir, bir az gecdir, amma əsas odur ki, bu islahat həyata keçirilsin. Baş nazir qarşıda duran vəzifələrdən və görülməli olan işlərdən geniş danışdı”, – deyə Kaladze vurğulayıb.
O qeyd edib ki, təhsil sahəsində aparılan dəyişikliklər gələcək nəsillərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır:
“Biz uşaqlarımız və gələcək nəsillər üçün hər şeyi etməliyik, onlara layiqli təhsil almaq imkanı yaratmalıyıq. Ən vacibi isə təhsilli insanların biliklərindən ölkəmizin inkişafı və firavanlığı naminə istifadə etməkdir.”
Kaxa Kaladze əlavə edib ki, baş nazirin islahatların təqdimatı zamanı ictimaiyyətlə davamlı əlaqənin vacibliyini vurğulaması da mühüm addımdır.