This is a specific ad

Kaxa Kaladze İsrailin Gürcüstandakı səfiri ilə görüşüb

25

Another advertisement

Tbilisi meri Kaxa Kaladze İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hadas Ester Meitsad ilə görüşüb.

Paytaxt meriyasının məlumatına görə, tanışlıq görüşündə söhbətdə Gürcüstan-İsrail münasibətlərinə toxunulub. Kaxa Kaladze səfiri paytaxtda cari və planlaşdırılan layihələrlə tanış edib.

“Gürcüstan-İsrail münasibətləri xüsusidir və bu, dostluğu və tərəfdaşlığı dərinləşdirmək üçün maksimum səy göstərmək bizə daha çox məsuliyyət verir. Əməkdaşlığımız çoxşaxəlidir, biz İsrail şəhərlərinin ictimai nəqliyyat, texnologiya, xidmət və digər sahələrdə təcrübəsini bölüşməyə şad olarıq. Düşünürəm ki, investisiya əlaqələrinin daha da inkişafı üçün bizim böyük potensialımız var”, – deyə Kaxa Kaladze bildirib.

Digər tərəfdən, Hadas Ester Meitsad ikitərəfli əlaqələrin inkişafına və şəhərlər arasında əməkdaşlığın dərinləşməsinə öz dəstəyini ifadə etdi.

Sonrakı yazı
Bu gün Çernobıl faciəsindən 37 il ötür
Öncəki yazı
BÜRCLƏR – 26.04.2023