• 08 Dekabr 2023 13:01

Kaxa Kaladze: “Gürcüstan hakimiyyəti Avropa üçün problemdir”

Avatar photo

ByHacı Xəlilzadə

May 1, 2023

Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib.

QafqazTürk.com xəbər verir ki, Kaladze bunu müharibə ilə əlaqələndirib.

“Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl bilir. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmuruq, müharibəyə başlamırıq və müharibədə ikinci cəbhə açmırıq”, – deyə Kaladze bildirib.

Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.

30110cookie-checkKaxa Kaladze: “Gürcüstan hakimiyyəti Avropa üçün problemdir”