Another advertisement
Kaxa Kaladze: “Gürcü arzusu” parlament seçkilərində qalib gələcək
Gürcüstanın hakim partiyasının liderləri parlament seçkilərində konstitusiya çoxluğunu əldə edəcəklərinə əmindirlər.
QafqazTürk.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Gürcü arzusu” konstitusiya çoxluğu ilə qalib gələcək. Bunun qarantını mənə ölkənin sülhünü, əmin-amanlığını qoruyub saxlayan, müstəqilliyini möhkəmləndirən yeganə qüvvə olan ölkəmizin əhalisinin dəstəyi verir. Bu gün cəmiyyət müstəqilliyin və azadlığın əslində nə demək olduğunu gördü”, – baş katib deyib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. Bu, ölkədəki seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki olacaq.