Another advertisement
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, ötən gecə Tbilisiyə düşən yağıntının miqdarı 2015-ci il iyunun 13-də düşən yağıntının miqdarından iki dəfə çoxdur.
QafqazTürk.com xəbər verir ki,Tbilisi hökumətinin iclasında Kaladze qeyd edib ki, güclü yağış Tbilisinin bir çox küçə və rayonlarında problemlər yaradıb.
Qeyd edək ki,Tbilisidə gecə saatlarında yağan güclü yağış nəticəsində küçələri və binaları su basıb,evlərə su dolub və ağaclar aşıb.
Şəhərdə vətəndaşların gediş-gəlişi çətinləşib, bəzi küçələrdə avtomobillərin yarısını su basıb.
Suların toplandığı yeraltı keçidlərdə vəziyyət çətin idi. Yolda problemlər var. Metro vaqonlarına da su daxil olub.