This is a specific ad

Katoliklər Milad bayramını qeyd edirlər

18

Another advertisement

Dekabrın 25-nə keçən gecə Gürcüstanda yaşayan katoliklər Milad bayramını qeyd etmək üçün Tbilisidəki Məryəm Ananın Katolik Kilsəsinə toplaşıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin məlumatına görə, şənlik mərasiminə yepiskop Cüzeppe Pazzoto rəhbərlik edib.

Bayramsayağı bəzədilmiş kilsədə ənənəvi Milad ritualı yerinə yetirilib – xidmət zamanı kilsədə simvolik olaraq Xilaskarın Milad bayramını təmsil edən sülh uşağı Emmanuelin heykəli qoyulub.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze kilsəyə toplaşan camaatı və din xadimlərini Gürcüstan hökuməti adından təbrik edib, onlara sülh, sabitlik və xoşbəxt ölkədə həyat arzulayıb.

“Bu günün lütfü Gürcüstana, bütün dünyaya çatsın və ən əsası, Xilaskarın dünyaya göründüyü bu gün mövcud olan sevgi, iman və dəyərlərlə yaşayaq. Tanrı hər birimizi sevir”, – deyə Zaza Vaşakmadze bildirib.

Təntənəli mərasimdə Din Qurumunun Hüquq Təminat Xidmətinin hüquqşünası Aleksandre Şekiladze iştirak edib.

Kateqoriya: Cəmiyyət, Din
Sonrakı yazı
“Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qazaxıstanda qəzaya uğrayıb
Öncəki yazı
“ABŞ və dünya dövlətlərinin hərəkətə keçmə vaxtıdır”- Helsinki Komissiyası