This is a specific ad

Kaspi və Mtsxeta rayonlarında iftar süfrəsi təşkil olunub

46

Another advertisement

Gürcüstanın Kaspi və Mtsxeta rayonlarının azərbaycanlılar yaşayan kəndlərinin əhalisi üçün ilk dəfə birgə iftar süfrəsi açılıb.

QafqazTürk.com xəbər verir ki, iftar süfrəsi Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Kaspi bələdiyyəsinin sədri Vaxtanq Maisuradze çıxış edərək ilk dəfə iki bələdiyyənin ərazisində yaşayan azərbaycanlıları bir araya gətirdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq edib. O, bildirib ki, bu günədək Mtsxeta və Kaspi rayonlarının kəndlərində kiçik iftar süfrələri təşkil olunurdu. Lakin bu gün ilk dəfədir ki, Azərbaycan səfirliyinin təşəbbüsü ilə hər iki rayonun kəndlərindən 300-dən çox insan üçün iftar süfrəsi təşkil olunub. Bu, azərbaycanlıların milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin təzahürüdür. O, qeyd edib ki, tədbirdə azərbaycanlılarla birlikdə gürcülər də iştirak ediblər. Səfirliyin təşəbbüsü ilə iki dost xalqın nümayəndələrinin müsəlmanların müqəddəs Ramazan ayında bir araya gətirilməsi bizim dostluğumuzu əyani sübut edir.

Sonra səfir Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, Azərbaycanda və Gürcüstanda milli-mənəvi dəyərlərə verilən qiymətin əhəmiyyətini qeyd edib.

Foto: AzərTac

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Danilov: Rusiya bütün ölkələrdən, o cümlədən Çindən kömək istəyir, rusların silahları yoxdur
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin bəyanatı Azərbaycan mediyasında işıqlandırılıb