Another advertisement
“Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir”.
QafqazTürk.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.
“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.