This is a specific ad

Kasım-Comart Tokayev: “Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir”

96

Another advertisement

“Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir”. 

QafqazTürk.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib. 

“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Togg”un satış qiyməti BƏLLİ OLDU
Öncəki yazı
Türkiyə Müdafiə Naziri: “Azərbaycan, Şimali Kipr və Liviya başda olmaqla…