ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Kremlin tənqidçisi Kara-Murzanın məhkəmə tərəfindən hökmünü pisləyib və deyib ki, Rusiyada tənqidin kriminallaşdırılması “güc deyil, zəiflik əlaməti”dir.
“Məhkəmənin Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bugünkü qərarı bu ölkədə müxalifəti susdurmaq cəhdidir. Biz onun azadlığa buraxılması üçün çağırışları davam etdirəcəyik. Hökumətin hərəkətlərini tənqid edənlərin kriminallaşdırılması güc deyil, zəiflik əlamətidir”. ABŞ-ın Moskvadakı səfiri bildirib.
Məlumat üçün bildirək ki, Moskva məhkəməsi Kremlin tənqidçisi Vladimir Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum edib.
Putin rejiminə müxalif siyasətçi 2022-ci il aprelin 11-də həbs edilib. Ukraynada müharibə əleyhinə fikirlər səsləndirdikdən sonra o, “xarici agent” elan edilib və Rusiya silahlı qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edilib.