Another advertisement
Kapitoliyə hücumda iştirak edən şəxs Vaşinqton Məhkəməsi 14 il müddətinə azadlıqdan məhrum edib.
QafqazTürk xəbər verir ki, bu barədə məlumati “The new york times” nəşri məlumat yayır. Bu, eyni iş üzrə müttəhimlər arasında verilən ən sərt hökmdür.
Söhbət 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum zamanı Tramp tərəfdarlarına rəhbərlik edən və polis əməkdaşlarına hücum edən Pensilvaniyada yaşayan 49 yaşlı kişiyə gedir. Xüsusən də o, hücum zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı bibər qazından istifadə edib və stulla onlara zərbə endirib.
Xatırladaq ki, Kapitoliyə hücum işi üzrə ittiham 950 nəfərə qarşı sürüldü. Məhkəmələr 600-dən artıq hökmü artıq çıxarıblar.