Peruda kapibara paltarı geyinmiş polis məmuru tərəfindən narkotik reydi keçirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sevgililər Günündə Peru polisinin xüsusi təyinatlı dəstəsi kapibara formasında narkotik reyd keçirməyi qərara alıb. Peru polisi müxtəlif bayramlarda bu maskalanma üsulundan tez-tez istifadə edir. Onlar əvvəllər narkotik reydləri zamanı Hörümçək adam, Kapitan Amerika, Thor və Qara Dul da daxil olmaqla Marvel personajlarının geyimlərindən istifadə ediblər.