This is a specific ad

Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq

99

Another advertisement

Kanada və Latviya hərbçiləri gələn həftədən Baltikyanı ölkə ərazisində Ukrayna Silahlı Qüvvələrinin kiçik zabitlərinin birgə təliminə başlayacaqlar.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın milli müdafiə naziri Anita Anand Ottavada Latviyanın müdafiə naziri İnara Murnietse ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Bu gün elan edə bilərəm ki, Kanada və Latviya ərazisində ukraynalı hərbçilərə – kiçik zabitlərə birgə təlim keçəcək. Təlimlər gələn həftədən başlayacaq”, – o deyib.

Təlim prosesi döyüşün aparılmasına, digər bölmələrlə qarşılıqlı əlaqəyə, kəşfiyyata və əməliyyatların planlaşdırılmasına yönəldiləcək.

Təlimatçılar qrupuna kanadalı yüksək rütbəli zabit rəhbərlik edəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Salome Zurabişvili: “Rusiya belə addımları öz maraqları əsasında atır”
Öncəki yazı
Səlcuq Bayraktar: “Azərbaycanda “MİQ-29”u idarə etmək həyatımda ən unudulmaz anlardan biri idi”