“Fox News” telekanalı xəbər verir ki, Kanada və Meksika Donald Trampın tariflərinə cavab olaraq ABŞ-dan idxal olunan məhsullara rüsumlar tətbiq ediblər.
Kanadanın baş naziri Castin Trudeau, Kanadanın spirtli içkilər və meyvələr də daxil olmaqla, ABŞ-dan idxal etdiyi mallara 25% rüsum tətbiq edəcəyini bildirərək, “Ağ Evin atdığı addımlar bizi birləşdirmək əvəzinə, ayırdı” deyib.
Trudeau, ABŞ-ın tətbiq etdiyi tariflərin “iqtisadi ağrıya” səbəb olacağını söyləyib və kanadalıları Amerika xidmət və məhsulları əvəzinə Kanada məhsullarını seçməyə çağırıb.
Bundan əlavə, Meksika prezidenti Klaudiya Şiffer də ABŞ-a qarşı cavab rüsumlarını açıqlayıb.
“Biz Ağ Evin Meksika hökumətinin cinayət təşkilatları ilə müttəfiqliyi ilə bağlı böhtanını qəti şəkildə rədd edirik”, – deyən Meksika prezidenti iqtisadiyyat nazirinə ABŞ-ın tətbiq etdiyi tariflərə cavab verməyi tapşırdığını, o cümlədən cavab rüsumları və digər tədbirləri əhatə etdiyini bildirib.
Xatırladaq ki, Donald Tramp Kanada və Meksikadan idxala 25%, Çindən idxala isə 10% əlavə rüsum tətbiq edən sərəncam imzalayıb. Bundan əlavə, Kanadadan idxal olunan enerji resursları, o cümlədən neft, təbii qaz və elektrik enerjisi əlavə 10% vergiyə cəlb olunacaq.