This is a specific ad

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

152

Another advertisement

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

QafqazTürk Media bu barədə  xarici mediaya istinadən xəbər verir.

Kanadanın müdafiə naziri Bill Bler Ukraynaya hərbi yardım üzrə təmas qrupunun Almaniyada keçirilən iclasında çıxış edib.

Hərbi yardım paketinə 80 840 ədəd CRV-7 raket mühərriki və onlar üçün 1300 ədəd döyüş başlığı daxil olacaq.

CRV-7 raket mühərrikləri əvvəllər Kanada Hərbi-Hava Qüvvələri tərəfindən CF-18 qırıcılarında istifadə edilsə də, sonradan silinib.

Kanada, həmçinin öz ehtiyatından 970 ədəd C6 pulemyotu və 10500 ədəd 9 mm-lik tapança da verəcək.

Daha əvvəl bildirilmişdi ki, Kanada 2025-ci ilin əvvəlində Ukraynaya NASAMS zenit-raket kompleksi vermək niyyətindədir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda zəlzələ baş verib
Öncəki yazı
Avropa Komissiyasının vitse-prezidenti viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün Ermənistana səfər edəcək