This is a specific ad

Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacağını açıqlayıb

250

Another advertisement

“Kanada Gürcüstanda keçirilən parlament seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər qərəzsiz müşahidəçilər tərəfindən geniş yayılmış seçici təzyiqi, seçici rüşvətxorluğu və digər qanun pozuntularından narahatdır”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.

Bəyanatda bildirilir ki, qeyd olunan qanun pozuntuları araşdırılaraq aradan qaldırılmalıdır.

“Kanada qəti şəkildə inanır ki, azad, ədalətli və müstəqil seçkilər demokratik cəmiyyətin təməl daşıdır. G7 və avropalı tərəfdaşlarımızla koordinasiyada və bu seçkilərin gedişi və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərini yenidən qiymətləndirəcək. Gürcüstan rəhbərliyi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmət etdiyi və son demokratik geriləməni aradan qaldırdığı müddətcə Kanada Gürcüstanla əməkdaşlığa açıqdır”, – bəyanatda deyilir.

Agentlik Gürcüstandakı tərəfləri sakitləşməyə və Gürcüstan hakimiyyətini dinc etirazlar kontekstində insan haqlarına və təhlükəsizliyə hörmət etməyə çağırır.

“Biz gürcüləri seçki prosesində, o cümlədən seçicilər, seçki işçiləri və vətəndaş müşahidəçiləri kimi fəal iştirakına görə alqışlayırıq”, – bəyanatda deyilir.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Xaricilər Gürcüstanda 129 qumar biznesinə sahibdirlər – Bu sahədə ölkədə liderlik edən xarici ölkə…
Öncəki yazı
Medvedev: “Belə hallarda vəzifədən kənarlaşdırılma və həbsdir”