Kamerunda prezident seçkilərindən sonra qarşıdurmalar: 92 yaşlı Paul Biya səkkizinci dəfə qalib gəlib – Ətraflı

71

Kamerunda prezident seçkiləri nəticəsində 92 yaşlı Paul Biya səkkizinci dəfə qalib gəlib.

QafqazTürk Media xəbər verir ki, oktyabr ayında polislə müxalifət tərəfdarları arasında toqquşmalarla müşayiət olunan prezident seçkilərində dünyanın ən yaşlı hakim dövlət başçısı – Kamerun prezidenti Paul Biya səkkizinci dəfə qalib gəlib.

Oktyabrın 27-də prezident seçkilərinin nəticələri rəsmi açıqlanıb.Həmin gün Duala şəhərində müxalifət tərəfdarları küçələrdə təkərləri yandıraraq yolları bağlayıblar. Polis isə üzü maskalı və ya paltarla örtülmüş nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Müxalifətin namizədi İssa Çiroma Bakari və tərəfdarları seçkilərin saxtalaşdırıldığını bildiriblər.Müxalifətin məlumatına görə, ötən həftə sonu Dualada baş verən toqquşmalar nəticəsində 4 nəfər həlak olub.

92 yaşlı Biya yeni prezidentlik müddətinin sonunda 99 yaşında olacaq. O, xalqa ünvanladığı müraciətində seçkilərdə yenidən etimad qazandığını vurğulayıb.

Biya sosial şəbəkə X-də (keçmiş Twitter) yayımladığı bəyanatda baş verən zorakılıqlardan təəssüf etdiyini bildirib:

“İlk növbədə, düşüncələrim seçkidən sonrakı zorakılıqlarda lazımsız yerə həyatını itirən insanlarla və onların ailələri ilədir,” – deyə Biya yazıb.

Xatırladaq ki, oktyabrın 27-də açıqlanan rəsmi nəticələrə əsasən, Paul Biya 12 oktyabr seçkilərində 53,66 faiz səs toplayaraq böyük fərqlə qalib gəlib. Hökumət isə qanun pozuntusu və saxtakarlıq iddialarını rədd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qaxariya – Gürcüstan Naminə: Bizim parlamentə daxil olmağımız legitimliyin verilməsi və ya verilməməsi demək deyil
Öncəki yazı
Tbilisidə N306 marşrut xətti üzrə 20 yeni avtobus fəaliyyətə başlayacaq – ƏTRAFLI