Kamal Kılıçdaroğlu: “Putin bunu yaxşı bilir”

0

Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu “The Wall Street Journal” nəşrinə müsahibə verib. 

QafqazTürk.com xəbər verir ki, müsahibəsində Kılıçdaroğlu Türkiyənin xarici siyasət istiqamətindən danışıb.

“Türkiyə Qərb birliyinin və NATO alyansının bir üzvüdür. Rusiya prezidenti Vladimir Putin də bunu yaxşı bilir. Türkiyə NATO tərəfindən verilən kollegial qərarlara uyğun hərəkət etməlidir”, – deyə o, bildirib.

CHP sədri bundan əvvəl “Deutsche Welle”yə müsahibəsində də xarici siyasətdə Rusiya ilə yox, Qərblə münasibətlərə öncəlik veriləcəyini bəyan etmişdi.

“Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişdirəcəyik. Bizim istiqamətimiz Qərb sivilizasiyası olacaq”.

Kılıçdaroğlu BBC-yə müsahibəsində də oxşar fikirlər səsləndirmişdi.

“Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik”.

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın irəli sürdüyü namizəd Sinan Oğandır.

0
0
Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutub
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?